Cavid Qurbanovdan gürcü şirkətinə qarşı - 50 min dollarlıq iddia
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yaratdığı "ADY Exspress" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət edərək 50 min dollarlıq iddia qaldırıb.
"ADY Ekspress” 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdeh “Global Trans Service Group” LLC-yə qarşı pul tələbi irəli sürüb.
"ADY Ekspress” iddiasında “Global Trans Service Group” LLC-dən 47.970,80 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq onlara ödənilməsini xahiş edib.
"ADY Exspress" beynəlxalq yükdaşıma xidməti ilə məşğul olur. “Global Trans Service Group” LLC-ə isə 2009-cu ildə Gürcüstanda yaradılıb. Bu şirkət dəmiryol və dəniz vasitəsilə yükdaşıması sahəsində fəaliyyət göstərir.
"ADY" QSC-nin rəhbəri millət vəkili Cavid Qurbanovdur.
-
Azərbaycanda orta aylıq əməkhaqqı 950 manata çatır
...
-
“E-taksi” sistemi yaradıldı - Bu sürücülər cərimələnəcək
...
-
“Yelo kartlar”ı ilə ölkədaxili bütün kartlara pulsuz köçürmələr
...
-
Taksi fəaliyyəti üçün rüsumlar - Açıqlandı
...
-
“Azeri Light” bu gün neçəyə satılır?
...
-
“Yelo Bank” mikrosahibkarlar üçün bahar kampaniyasını başladır
...
-
“Nar”ın satış və xidmət şəbəkəsi artıq Şamaxıda!
...
-
Yelo kart ilə daha çox cashback qazanmağa hazır ol!
...
-
Rövşən Nəcəfə yeni müşaviri təyin edildi
...
-
Nazirlik taksilərlə bağlı məlumat yaydı
...