İsfəndiyar Axundovun ağ yalanı: Maşının yanındakı kimin oğludur?
"Şərurlu İsfəndiyar" kimi tanınan tikinti maqnatı, "Şərur" MTK-nın sədri İsfəndiyar Axundovun oğlu Tanrıverdi Axundov 10 VO 200 dövlət nömrə nişanlı "Bentley Continental" maşınla su kanalına düşüb.
Iş adamı açıqlamasında bildirib ki, oğlunun avtomobilinin kanala düşməsi xəbəri yalandır: "O avtomobil mənim oğluma məxsus deyil. Oğlumun avtomobili kanala düşməyib. Əgər düşsəydi, ən azı bir ata kimi bundan xəbərim olardı. O, maşın bizim deyil".
Iş adamı bilərəkdən və hər kəsə bəlli olan bir hadisəni təkzib etməyə çalışıb. Belə ki, Qaynarinfo.az saytı T. Axundovun bu gün kanala düşən 10 VO 200 dövlət nömrə nişanlı “Bentley” maşınla fotosunu yayıb. Həmi fotonu bir müddət əvvəl “Şərurlu İsfəndiyar”ın oğlu özü İnstagram səhifəsində paylaşıb. Və bu, tikinti maqnatının uşaqlarının lüks avtomobil kolleksiyasına məxsus olan maşınlardan sadəcə biridir.
Bəs İ. Axundov bu xəbəri təkzib etməklə nəyə nail olmaq istəyir? Bu maşının yanındakı onun oğlu deyilsə, kimdir?
-
Bolqarıstanla əlaqələr uğurlu və faydalıdır
...
-
Azərbaycanın potensialı kifayət qədər genişdir
...
-
Strateji tərəfdaşlıq və əməkdaşlığımız formalaşır
...
-
Əməkdaşlığın müsbət dinamikası
...
-
Səmərəli siyasi dialoq
...
-
Strateji tərəfdaşlıq münasibətləri genişlənir
...
-
Səttar Möhbalıyev: “Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir”
...
-
"Talassemiyasız həyat naminə" layihəsi çərçivəsində gənclər ilə görüş keçirilib -FOTOLAR
...
-
Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmiz mühüm rola malikdir
...
-
Azərbaycandakı əlverişli mühit iqtisadi əlaqələrin genişləndirilməsinə təkan verir
...