Zaqatalada 6 ballıq zəlzələ oldu
Bir neçə dəqiqə əvvəl Zaqatala rayonunda zəlzələ olub.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı açıqlamasında bildiriib ki, yeraltı təkanın maqnitudası 4,9 bal olub.
“İlkin məlumatlara əsasən yerli vaxtla saat 11:35-də Zaqatala stansiyasından 17 km cənub-qərbdə Zaqatala ərazisində zəlzələ qeydə alınıb”.
Zəlzələ Balakən, Zaqatala, Qax və Oğuz rayonlarında hiss olunub.
Zaqatala rayon İcra Hakimiyyətinin nümayəndəsi Xəqani Məmmədov “Qafqazinfo”ya bildirib ki, zəlzələ hiss edilsə də, rayonda hər hansı dağıntıya səbəb olmayıb.
Seysmoloji Xidmət Mərkəzinin son məlumatına görə, zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 3-5 bala qədər hiss olunub.
-
Azərbaycandakı əlverişli mühit iqtisadi əlaqələrin genişləndirilməsinə təkan verir
...
-
İkitərəfli münasibətlər genişlənir
...
-
Əməkdaşlığın əlamətdar istiqamətləri
...
-
Azərbaycan-Slovakiya əlaqələri tarixində əlamətdar hadisə
...
-
Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır
...
-
Azərbaycanda Qələbə Günü qeyd olunur
...
-
Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - Fotolar
...
-
Tələbələr arasında keçirilmiş müsabiqə-festivalın yekun konserti olub
...
-
Qələbə Gününün havası
...
-
AHİK tərəfindən 2023-cü ilin ən yaxşı müəssisələri mükafatlandırılıb
...