Azərbaycanın layihəsi xarici dövlət rəsmilərinin marağına səbəb oldu - Fotolar
Türkmənistanın Türkmənbaşı şəhərində yerləşən “Avaza” milli turizm zonasında Birinci Xəzər İqtisadi Forumu çərçivəsində “Xəzər innovasiya texnologiyaları” sərgisi təşkil olunub.
Forumda Türkmənistan, Qazaxıstan, İran və Rusiya ilə yanaşı Azərbaycan da milli pavilyonla təmsil olunub. Qeyd edilən tədbirlərdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyinin nümayəndə heyəti iştirak edib.
Milli pavilyonumuzda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar Agentliyi, Məlumat Hesablama Mərkəzi, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin son innovativ məhsul, xidmət və həlləri nümayiş etdirilib.
Türkmənistan və Tatarıstan prezidentlərinin, eləcə də Azərbaycanın, Rusiya və Qazaxıstanın baş nazirlərinin də iştirak etdiyi forumda NRYTN İnnovasiyalar Agentliyinin İdarə Heyətinin sədr Tural Kərimli ən son innovasiyalar, həyata keçirilən layihələrlə bərabər "Virtual Cərrahiyyə" layihəsi haqqında da danışıb. İnovasiyalar Agentliyinin Biznes İnkubasiya və Akselerasiya Mərkəzinin rezidenti olan “Virtual cərrahiyyə” startapı müasir texnologiyaların tətbiqi ilə daha dəqiq və effektiv cərrahi əməliyyat modelinin hazırlanmasına xidmət edir. Adıçəkilən layihə bütün dövlət rəsmilərinin xüsusi marağına səbəb olub.
Qeyd edək ki, Forum iqtisadiyyatın müxtəlif sahələrində, eləcə də nəqliyyat və logistika, sənaye, turizm, energetika, ticarət sahələrində yeni texnologiyalar, xidmətlər və həllərlə tanışlıq, həmçinin işgüzar münasibətlərin qurulması üçün mühüm platforma rolunu oynayır.
-
Nazirlik taksilərlə bağlı məlumat yaydı
...
-
İllik 9.5% ilə nağd kredit üçün son 3 gün
...
-
Azərbaycanda ən populyar avtomobillərin reytinqi tərtib edilib
...
-
“Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış!
...
-
Bakıda yeni hava limanı tikilir - Video
...
-
“Nar” sərfəli mobil operator mövqeyini qoruyur
...
-
“Nar”ın “Dinlət” xidməti pulsuz oldu!
...
-
Yelo Bank” 5 nominasiyada qalib oldu!
...
-
“Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafat alıb
...
-
“Yelo Bank” ilə xəyallarını bu bahar gerçəkləşdir!
...