Azərbaycan Rusiyaya nota verdi
Azərbaycanın Rusiyadakı səfirliyi Pyatiqorsk şəhərində Şimali Qafqaz Gənclər Forumunda baş vermiş hadisə ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə nota verib.
Avqustun 9-da Rusiyanın Pyatiqorsk şəhərində keçirilmiş “Maşuk-2019” Şimali Qafqaz Gənclər Forumu çərçivəsində Ermənistanın Rusiyadakı səfiri tədbir iştirakçıları ilə keçirilən görüşü zamanı Azərbaycana, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı yolverilməz fikirlər səsləndirib ki, bu da forumda iştirak edən “Gənclərin Bakı klubu” İctimai Birliyinin sədri Sabir Rüstəmovun haqlı etirazına səbəb olub və xoşagəlməz insident baş verib.
Sabir Rüstəmov bununla bağlı səfirliyə müraciət ünvanlayaraq hadisənin mahiyyətini açıqlayıb və səfirlikdən dəstək istəyib. Məsələnin ciddiliyini, Azərbaycan ictimaiyyətində doğurduğu əks-sədanı nəzərə alaraq, səfirlik Rusiya Xarici İşlər Nazirliyinə rəsmi nota göndərib.
Bundan əlavə, səfir Polad Bülbüloğlu, daha əvvəl əldə olunmuş razılığa baxmayaraq, Pyatiqorsk şəhərinə səfərdən, yuxarıda qeyd olunan Forumda iştirakdan və planlaşdırılmış görüşlərdən imtina edib.
Qeyd edək ki, sözügedən forumda azərbaycanlı gənc Sabir Rüstəmov ermənilərin, xüsusilə, erməni qadınların hücumuna məruz qalıb. Onlar Sabirin əynində Azərbaycan yazılmış köynəyə əl atıb, onu cırıblar. Bundan başqa, Ermənistanın Rusiyadakı səfiri Vardan Surenoviç təxribat xarakterli çıxışlar edib.
-
Prezident quru sərhədlərin bağlı qalmasının səbəbini açıqladı
...
-
Prezident COP29-la bağlı forumda iştirak edib - Video
...
-
İlham Əliyev Zelenskini COP29-a dəvət edib
...
-
İlham Əliyevlə Putinin BAM veteranları ilə görüşünün - Tam mətni
...
-
Prezident Rusiyadadır - Foto
...
-
Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
...
-
İlham Əliyev 4 kəndi qaytardı
...
-
Əliyevlə Putin Moskvada görüşəcək
...
-
Prezidentdən Şuşa ilə bağlı - Sərəncam
...
-
“Xəzər dənizinin suyundan içməli su kimi istifadə edəcəyik”
...