Bakıda bu ərazi metroya verildi
Baş nazir Novruz Məmmədov “Qatarların təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə dartıazaldıcı yarımstansiyanın tikintisi ilə bağlı torpaq sahəsindən istifadə hüququnu və həmin torpaq üzərində yerləşən yaşayış obyektlərini dövlət ehtiyacları üçün alan orqanın müəyyən edilməsi barədə” qərar imzalayıb.
“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” fərmanının 1.1-ci bəndinə əsasən qatarların təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 430-cu məhəllə ərazisində dartı-azaldıcı yarımstansiyanın tikintisi ilə əlaqədar 0,0606 hektar torpaq sahəsindən istifadə hüququnu və həmin torpaq üzərində yerləşən vətəndaşlara məxsus yaşayış obyektlərini dövlət ehtiyacları üçün alan orqan “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti müəyyən edilib.
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti bu Qərarın 1-ci hissəsində göstərilən torpaq sahəsinin və üzərindəki tikililərin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər təqdim etməlidir.
-
“Bolt” qiymətləri qaldırdı
...
-
Xırdalan 0.0 Bakı Marafonunun Alkoqolsuz tərəfdaşıdır - FOTO
...
-
Kənan Qasımov: "Bu il Azərbaycanda turizmin bərpa prosesi yekunlaşacaq"
...
-
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə
...
-
“Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır - Fotolar
...
-
“Nar” hər kəsə sərfəli günlük internet paketlərini təqdim edir
...
-
“Nar”dan sərfəli smartfon təklifi - Fotolar
...
-
“Bakcell” ilə innovasiya və həyəcan dolu bir dövr başladı!
...
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir
...
-
Azərbaycanda elektron siqaretlər qadağan oluna bilər
...