Yığmamız Avropa çempionatının hazırlıqlarına başladı

11:02 20-08-2019 | icon 3102
Yığmamız Avropa çempionatının hazırlıqlarına başladı

Avropa çempionatında iştirak edəcək voleybol üzrə qadınlardan ibarət milli komandamız avqustun 14-də Sloveniyada hazırlıqlara başlayıb.

Hazırlıq proqramına əsasən millimiz Sloveniya yığması ilə 2 yoldaşlıq oyunu oynayacaq. Qızlarımız dünən ilk yoxlama matçında 5-0 hesabı qalib gəlib. Komandamız növbəti oyununu 20 avqustda oynayacaq.

Millimiz Avropa çempionatının keçiriləcəyi Macarıstanın Budapeşt şəhərinə avqust ayının 21-də Sloveniyadan birbaşa yollanacaq.

C qrupunda mübarizə aparacaq komandamızın rəqibləri Xorvatiya, Hollandiya, Rumıniya, Estoniya, Macarıstan yığmalarıdır.

Son Avropa Çempionatında millimiz 4-cü yerin sahibi olub.

23.08.19

17:00 Xorvatiya – Azərbaycan

19:30 Hollandiya _ Rumıniya

22:30 Macarıstan - Estoniya

24.08.19

20:00. Estoniya – Xorvatiya 

22:30. Rumıniya – Macarıstan 

25.08.19

17:30. Azərbaycan – Hollandiya 

20:00. Estoniya – Rumıniya 

26.08.19

20:00. Hollandiya – Xorvatiya

22:30. Macarıstan – Azərbaycan

27.08.19

20:00. Hollandiya – Estoniya 

22:30. Rumıniya – Xorvatiya 

28.08.19

17:30. Azərbaycan – Estoniya

20:00. Xorvatiya – Macarıstan

29.08.19

17:30. Rumıniya – Azərbaycan

20:00. Macarıstan – Hollandiya


Digər xəbərlər

0.26183390617371