Rəşad Atakişiyevin həyat yoldaşı: "Onun yolunu övladları davam etdirəcək"
“İnternetdə bu tipli qəzaları araşdırdım. Məlumatlar topladım. Qəribədir ki, analoji qəzaların böyük əksəriyyətində pilot katapult edib. Rəşadın təyyarə qəzası sirlidir. Bu qəzanın üzərinə "qara qutu"nun açılması və məlumatların oxunması böyük işıq saçacaq".
Bunu təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin dəfn mərasimində onun qayınatası Qabil Hüseynli deyib.
Q.Hüseynli xatırladıb ki, R.Atakişiyevin qəzaya uğradığı təyyarənin radardan itməsi ilə radioəlaqənin kəsilməsi eyni anda olub: "Əlaqə kəsilən kimi də təyyarənin dənizə doğru yönləndiyi təsbit edilib. Hər şeyi aparılan tətqiqatların nəticəsi söyləyəcək. Bildiyimə görə, "qara qutu" Azərbaycanda tədqiq olunacaq. Bununla bağlı laboratoriya yaradılıb. Bildiyimiz kimi, təyyarə son təmir üçün Ukraynanın Lvov şəhərinə göndərilib. Ona görə də Ukraynadan mütəxəssislər çağırılıb. "Qara qutu" bir qədər zədələndiyinə görə özləri ilə qab gətirəcəklər və qutu yeni qaba köçürüləcək. Məncə, problem olmadan oxunacaq".
Q.Hüseynli vurğulayıb ki, şəhidlərdən biri - Rəşad Atakişiyev torpağa tapşırıldı, onun qanı torpağa yox, Xəzər dənizinə tökülüb: "Rəşad çox şərəfli ömür sürüb. Onun bir çox xəyalları var idi. Amma reallaşa bilmədi. O, Vətən uğrunda şəhid oldu".
R.Atakişiyevin həyat yoldaşı Könül Hüseynova da pilotun yolunu övladlarının davam etdirəcəyini bildirib: "Rəşad Atakişiyevin məğrurluğu, şücaəti bizə güvən verirdi ki, Rəşad sağ-salamat evinə, övladlarının yanına qayıdacaq. Təəssüf edirik ki, arzumuz, xəyallarımız baş tutmadı. Mərd, vətənpərvər, gözəl insan idi. Həyat yoldaşım pak hislərlə yaşayırdı. O iki gül balası da onun adını layiqincə davam etdirəcək və ölkəmizə layiqli, vətənpərvər şəxs kimi yetişəcək".
Pilotun həyat yoldaşı axtarış-xilasetmə qruplarının gərgin əməyinin şahidi olduqlarını qeyd edib: "Hava şəraiti bu günlərdə nəşin tapılmasına imkan verdi. Onlara da təşəkkür edirik".
-
Azərbaycan xalqı Çingiz Aytmatovla fəxr edir
...
-
Davamlı əməkdaşlığın əsas meyarı
...
-
Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir
...
-
Azərbaycan ilə Qırğızıstan arasındakı tarixi əlaqələr
...
-
Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb
...
-
Dünya ekoloqlarının COP29-dan gözləntiləri çoxdur
...
-
Azərbaycan daim ölkələr arasında sabitləşdirici, birləşdirici aktor kimi rolunu artırır
...
-
COP29-un əhəmiyyəti
...
-
Türk dünyasının birliyinə mühüm töhfə olan Azərbaycan-Qırğızıstan münasibətləri
...
-
Qonşuluq əlaqələrinin gücləndirilməsi davam etdirilməlidir
...