AFFA 5 klubu, 2 futbolçunu cəzalandırdı - “Qəbələ”yə 4 min manat cərimə
AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Premyer Liqasının ilk turunda baş verən hadisələr müzakirə olunub.
Azərbaycan Premyer Liqasının I turunun “Keşlə” – “Qarabağ” matçının 74-cü dəqiqəsində “Keşlə” klubunun nömrəli futbolçusu Emin Mehtiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
“Qarabağ” klubunun bəzi rəsmilərinin “A” buraxılışından istifadə etməməsinə görə klub 800 manat cərimə olunub.
Azərbaycan Premyer Liqasının I turunun “Qəbələ” – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Oyunun 84-cü dəqiqəsində “Qəbələ” klubunun 11 nömrəli futbolçusu Asif Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
Oyun başa çatdıqdan sonra “Qəbələ” klubunun azarkeşinin tunelə daxil olaraq hakimlər briqadasını təhqir etdiyi üçün meydan sahibi klub 4000 manat cərimə olunur (maddə 41.6).
Oyun “Sumqayıt” klubunun günahı ucbatından 9 dəqiqə gec başlandığı üçün klub 800 manat cərimə olunub.
Azərbaycan Premyer Liqasının I turunun “Neftçi” – “Sabah” matçında “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...
-
Mariya Stadnik tarix yazdı
...