Prezident Vergi Məcəlləsinə dəyişiklik etdi
Prezident İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzalayıb.
Vergi Məcəlləsində aşağıdakı dəyişikliklər edilib:
- 22-1.1-ci maddədə “50 faizi” sözləri “müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hissəsi” sözləri ilə əvəz edilib;
- aşağıdakı məzmunda 22-1.3-cü maddə əlavə edilib:
“22-1.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) bu Qanunun 22-1.1-ci maddəsində nəzərdə tutulan mənbələr hesabına gəlirlərinin faktiki daxilolmalarının məbləği büdcə sistemi haqqında qanunvericilikdə nəzərdə tutulan qaydada proqnozlaşdırılan gəlirlərinin məbləğindən az olduqda, bu fərq hər il üçün Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında qanunu ilə təsdiq edilən dövlət büdcəsinin gəlirləri üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan artıq daxil olan vəsait (neft-qaz sahəsində fəaliyyət göstərən vergiödəyiciləri (podratçılar), “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun mədaxil mənbələri üzrə daxilolmalar, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş qaydada şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsaitin onların sərəncamında saxlanılan və istifadəsinə verilən hissəsi istisna olmaqla) hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürülür.”.
- 102.1.14.15-ci maddəyə “hərbi qulluqçulara” sözlərindən sonra “, hakimlərə” sözü əlavə edilsin;
- 102.1.17-ci maddədən “və hakimlərə” sözləri çıxarılsın.
- Bu Qanunun 1.1-ci və 1.2-ci maddələri 2019-cu il yanvarın 1-dən tətbiq edilir.
- Bu Qanunun 1.3-cü və 1.4-cü maddələri 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.
-
Qaz kartının balansını Yelo App vasitəsilə artır
...
-
İndi jest dilini öyrənmək daha rahat oldu - Ünsiyyət hər kəs üçün
...
-
Gənc telekom mütəxəssisləri “Nar” şəbəkəsində təcrübə keçir
...
-
“Nar”ın dəstəyi ilə “Şəkərbura Şou” olimpiya kubokunun finalı keçirilib
...
-
“Nar” Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlığa başladı
...
-
AZAL-a yeni prezident təyin olundu - Sərəncam
...
-
Salyan rayonunda Aqrar Biznes Festivalı keçirilib
...
-
Bakıda taksi ilə hara gedirlər: Ən çox gedilən yerlərin top-10-u
...
-
Prezidentdən əmək pensiyaları ilə bağlı - Sərəncam
...
-
“CityNet” indi “Nar” mağazalarında
...