“Neftçi” bəyanat yaydı
“Neftçi” Peşəkar Futbol Klubu (PFK) bəyanat yayıb.
Bəyanatda deyilir:
"Bu mövsüm Avropa Liqasındakı son oyunumuzda uğursuz nəticə həm bizi, həm də azarkeşlərimizi çox məyus edib. Bu səbəbdən azarkeşlərimiz tərəfindən gələn reaksiyanı klub rəhbərliyi, məşqçilər və futbolçular normal qarşılayır.
Lakin istər klub rəhbərliyinin, istər məşqçilərin, istərsə də futbolçuların və onların ailə üzvlərinin təhqir olunması yolverilməzdir. Bildiririk ki, sosial mediada yazdığınız hər bir təhqir məşqçi və futbolçu heyətinin ailə üzvləri tərəfindən oxunula bilər. Bu isə xoşagəlməz halların yaranmasına gətirib çıxarır, komanda üzərində əlavə təzyiqlər yaradır, futbolçuların toparlanmasına mane olur".
Bəyanatda əlavə olunub ki, Baqali Dabonun sosial mediadakı son paylaşımları ilə əlaqədar klub rəhbərliyi futbolçu ilə görüşüb, ciddi söhbət aparılıb və daxili intizam kodeksinə uyğun olaraq müvafiq addımlar atılıb: "Həmçinin futbolçulara və məşqçilər heyətinə mətbuata veriləcək açıqlamalarda, azarkeşlərlə bağlı məsələlərdə daha diqqətli olmaları nəzərlərinə çatdırılıb.
Klubda gedən hər bir proses nəzarət altındadır. İstəyirik ki, azarkeşlərimiz də hәmişәki kimi komandanın yanında olsunlar. Həmişə olduğu kimi hədəfimiz çempionluqdur. Bu mövsüm birlikdə buna nail olmağa çalışacağıq. Biz qələbələr üçün var gücümüzlə sonacan döyüşəcəyik. Çәtin yolda komandanın ruhu həm də sizdәn asılıdır! Azarkeşlərimizi bizimlə bir güc olmağa səsləyirik".
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...
-
Mariya Stadnik tarix yazdı
...
-
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib - FOTO
...
-
Sabiq icra başçısının oğluna yüksək vəzifə verildi
...
-
"Bakı Abadlıq Xidməti" tikinti, quruculuqla yanaşı, həm də abadlaşdırdığı kəndlərdə sağlam, yaradıcı mühit yaratmağa cəhd edir" - FOTOLAR
...
-
Aygün Kazımova Azərbaycan Kubokunun finalından öncə çıxış edəcək
...
-
Bu gün Avroliqada finalçılar müəyyənləşir
...