Qurban Qurbanovdan məğlubiyyəti şərh etdi
Ölkəmizi Avropa Liqasında təmsil edən "Qarabağ" pley-off mərhələsinin ilk oyununda "Linfild"ə 2:3 hesabı ilə məğlub olub.
Şimali İrlandiyada keçirilən görüşdən sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyunla bağlı fikirlərini bildirib.
O, məğlubiyyəti belə şərh edib:
"Futbolda nadir hallarda belə hadisələr olur. Çoxsaylı qol imkanlarımız oldu və bunlardan yararlana bilmədik, rəqib isə qol epizodlarından yox, standard vəziyyətlərdən qollarını vurdu. Bu futboldur, bunlara da hazır olmalıyıq. Cavab matçında böyük şansımız var. Bakıda qələbə qazanmağa çalışacağıq".
Qeyd edək ki, komandaların cavab görüşü 1 həftə sonra Bakıda keçiriləcək.
-
3x3 qadın millimiz "Paris-2024" Olimpiadasında - Tarixi uğur
...
-
Gəncə MDB-nin idman paytaxtı olacaq
...
-
Qadın millimizdən "Paris-2024" yolunda uğurlu start
...
-
Dadaş Dadaşbəyli Dünya Kubokunda 3 gümüş medal qazanıb
...
-
Gəncə şəhər stadionunun təməli qoyuldu - Fotolar
...
-
Avropa çempionatında möhtəşəm nəticə
...
-
"Komandama güvənirəm"
...
-
Maqsud Adıgözəlovun “uğur hekayəsi”nin arxasında kim dayanır?
...
-
“Araz-Naxçıvan”ın yeni baş məşqçisi açıqlandı
...
-
Qadın millimiz Paris Olimpiadası üçün bu komandalarla oynayacaq
...