Yenə atəşkəs pozuldu
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində, snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 19 dəfə pozub.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində və Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Acarlı, Novruzlu, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
-
Sumqayıt ictimaiyyəti və gəncləri arasında ekoloji maarifləndirici tədbir keçirilib - FOTOLAR
...
-
Ordumuzun mövqeləri 16 dəfə atəşə tutulub
...
-
Ötən gün mövqelərimiz 30 dəfə atəşə tutulub - MN
...
-
Mövqelərimiz atəşə tutuldu
...
-
Ordumuzun Aprel qələbəsindən 8 il ötür
...
-
Ermənistan Azərbaycanla sərhədə qoşun yığır - Görüntülər
...
-
Nazirlik erməni teleqram kanallarında yayılan xəbərlərlə bağlı məlumat yaydı
...
-
Mövqelərimiz atəşə tutuldu
...
-
Ermənistanın təxribatına qarşı “qisas əməliyyatı” keçirildi - Ciddi itkiləri var
...
-
Ermənistan silahlı qüvvələri mövqelərimizi atəşə tutub - VİDEO
...