Premyer Liqada 3-cü turun təyinatları açıqlandı

19:21 27-08-2019 | icon 2502
Premyer Liqada 3-cü turun təyinatları açıqlandı

Azərbaycan Premyer Liqasında III turun oyunları üçün təyinatlar müəyyənləşib. “Bu barədə Peşəkar Futbol Liqası rəsmi saytı vasitəsilə məlumat yayıb.

AFFA Hakimlər Komitəsi bu turda əsasən gənc referilərə şans verəcək. Təcrübəlilərdən yalnız Əliyar Ağayev iş başında olacaq. O, “Qəbələ” – “Keşlə” görüşünü idarə edəcək.

Premyer Liqa

3-cü

31 avqust (şənbə)

18:30. “Qəbələ” – “Keşlə”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Eldəniz Musayev

Qəbələ şəhər stadionu

20:30. “Zirə” – “Sabah”

Hakimlər: Rövşən Rəcəbov, Mübariz Haşımov, Rahil Ramazanov, Rəşad Əhmədov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Seymur Səlimli

Zirə İdman Kompleksinin stadionu

1 sentyabr (bazar)

19:00. “Neftçi” – “Sumqayıt”

Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elçin Məsiyev

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: İlham Əliyev

“Bakcell Arena"

21:00. “Səbail” – “Qarabağ”

Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Cavanşir Yusifov, Rəhim Həsənov

Hakim-inspektor: Kərim Ağayev

AFFA nümayəndəsi: Rüfət Əmirov

“ASCO Arena”

 Qeyd: Turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq.


Digər xəbərlər

0.31191301345825