Ərdoğan Rusiyadadır - Fotolar
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya birgünlük işgüzar səfərə gedib.
MAKS-2019 beynəlxalq hava nəqliyyatı və kosmos sərgisində iştirak edən ölkə Prezidenti həmkarı Vladimir Putinlə təkbətək və geniş tərkibli görüşlər keçirib.
Görüşlərdə iki ölkə arasındakı sıx əlaqələrdən bəhs edən R. T. Ərdoğan hazırda Türkiyədəki hava nəqliyyatının inkişafından da bəhs edib:
“Hava limanlarımız dünyanın ən çox sərnişin qəbul edən mərkəzlərindən sayılır. “Türk Hava Yolları” 124 ölkədə 258 şəhərə uçuşlar təşkil edir. Yeni fəaliyyətə başlamış İstanbul Hava Limanının 200 milyon sərnişin qəbul etməsi planlaşdırılıb. Rusiyadan Türkiyəyə gələn turist sayı artıq rekord həddədir. Bu il təqribən 6 milyon rus turistin ölkəmizə səfər etməsi gözlənilir. İki ölkə arasındakı ticarət həcmi 25 milyard dolları keçib. Hədəfimiz bu rəqəmi 100 milyard dollara çatdırmaqdır”.
Rusiya prezidenti Vladimir Putin də öz növbəsində bildirib ki, MAKS-2019 beynəlxalq hava nəqliyyatı və kosmos sərgisi başda türk qonaqlar olmaqla hər kəsin marağına səbəb olub. Bu kimi tədbirlərin genişləndirilməsi iki ölkə arasındakı əlaqələrə müsbət təsir göstərəcək.
-
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
...
-
Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi - Fotolar
...
-
Mehriban Əliyevadan Qələbə Günü paylaşımı - Foto
...
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar
...
-
Birinci xanımların görüşü oldu - Video
...
-
Bolqarıstan Prezidenti Azərbaycandadır
...
-
COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər
...
-
Mehriban Əliyeva xristian icmasını təbrik etdi
...
-
Parlament seçkilərinin vaxtı qabağa çəkiləcək - Rəsmi
...
-
Prezident qəbullar keçirdi - Fotolar
...