Rüstəm gümüş, Hidayət “bürünc” qazandı
Azərbaycan cüdoçuları Yaponiyada keçirilən dünya çempionatının 3-cü günündə 2 medal qazanıb. Hər iki medal 73 kq çəki dərəcəsində qazanılıb.
Hidayət Heydərov bürünc medal uğrunda görüşdə əlavə vaxtda Tacikistan idmançısı Somon Maxmadbekova qalib gələrək dünya üçüncüsü olub. Bu çəkidə çıxış edən digər cüdoçumuz Rüstəm Orucov isə yalnız final görüşündə uduzub. O, həlledici qarşılaşmada yaponiyalı olimpiya və dördqat dünya çempionu Sexey Ono kopponla uduzaraq gümüş medala layiq görülüb. Maraqlıdı ki, yarımfinalda Rüstəm komanda yoldaşı Hidayətə qalib gəlməklə finala yüksəlmişdi.
Bu gün mübarizəyə qoşulan milli komandamızın digər üzvü - qadınlar arasında 57 kq çəkidə çıxış edən monqolustanlı legioner İçinxorloo Munxtsedev isə elə ilk görüşdə uduzaraq mübarizəni dayandırıb.
Xatırladaq ki, yarışın əvvəlki 2 günündə isə Azərbaycan cüdoçularından Davud Məmmədsoy (60 kq), Nicat Şıxəlizadə (66 kq), Aişə Qurbanlı, Əliyeva Leyla (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Larisa Aleksandra Florian (hər ikisi 52kq) uğursuz çıxış edib.
-
Bakı dünyanın “İdman Paytaxtı” seçildi
...
-
Arif Əsədov: "Əsas şərt idman prinsipinin qorunmasıdı"
...
-
Kənan Məstəliyev: "Onları qeyri-peşəkar hesab edirəm"
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib
...
-
Avarçəkmə Federasiyası “Bakı Marafonu-2024”də iştirak etdi - Fotolar
...
-
Bakı Marafonunun qalibləri müəyyənləşdi - Foto
...
-
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
...
-
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurub - FOTOLAR
...
-
Fərid Qayıbov: "Əminəm ki, növbəti Olimpiya Oyunlarına lisenziya qazanan avarçəkənlərimizin sayı daha çox olacaq"
...
-
“Prezident Kuboku 2024”: ikinci gündə üç medal - FOTOLAR
...