Bakıda azyaşlı bacı-qardaşı oğurlayan qadının – Videosu
Bakıda azyaşlı bacı-qardaşı oğurlamaqda şübhəli bilinərək saxlanılan qadın ”Xəzər Xəbər”ə açıqlama verib. Xatırladaq ki, hadisə avqustun ortasında baş vermişdi.
Söhbət Binəqədi rayonu, 3-cü mədən, korpus 76 ünvanından 6 və 7 yaşlı bacı-qardaşın oğurlanmasından gedir. Uşaqların anası Çiçək Abbasova ayın 15-də ərazi üzrə Binəqədi rayon 43-cü polis bölməsinə şikayət edib ki, işdən evə qayıdarkən övladları – 6 yaşlı Mələk və 7 yaşlı Rahil Mirzəyev naməlum şəraitdə evdən gediblər.
Qadın polisə onu da bildirib ki, hadisədən iki gün əvvəl işlədiyi kafedə özünü Gözəl adı ilə təqdim edən bir qadınla tanış olub. Çiçək Abbasova yanında bir azyaşlı uşaq olan həmin qadına etibar edərək evində ona sığınacaq verib…
Hadisə ilə bağlı dərhal Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Binəqədi və Bərdə polisləri birgə əməliyyat-axtarış tədbirlərinə başlayıblar. Həmin tədbirlər nəticəsində oğurlanan uşaqların yeri operativ şəkildə müəyyən edilib. Azyaşlılar sağ-salamat valideynlərinə qaytarılıb. Bu ictimai təhlükəli əməldə şübhəli bilinən 26 yaşlı Nargilə Quliyeva da tutularaq istintaqa cəlb edilib.
Polis araşdırma zamanı müəyyən edib ki, Nargilə Quliyeva paytaxtda dilənçiliklə məşğuldur. Onun planı azyaşlıları oğurladıqdan sonra dilənçiliyə sövq etmək olub.
Faktla bağlı Nargilə Quliyeva barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
-
4 milyonluq narkotik dövriyyədən çıxarıldı - Video
...
-
Narkоtik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam еtdirilib - DSX
...
-
Rəşad Dağlının həmin gün dedikləri - İlk video
...
-
Azərbaycanda terrorçu cinayət başında saxlanıldı
...
-
DTX və Miqrasiya Xidməti əməliyyat keçirdi, saxlanılanlar var - Video
...
-
DTX və DMX birgə əməliyyat keçirib, Azərbaycanda qanunsuz yaşayan əcnəbilər saxlanılıb
...
-
Hipermarketə silahlı hücumda təqsirləndirilən şəxs məhkəmədə ifadə verib
...
-
Bakıda polis moteldə əxlaqsızlıq yuvası aşkarlayıb
...
-
DTX qondarma rejimin “rəhbərlər”ini belə həbs etdi - Video
...
-
Yola təkər atan yeniyetmələr saxlanıldı - Rəsmi
...