DQİDK İsmayıllıda seminar-müşavirə keçirib
Milli-mənəvi dəyərlər arasında din amili mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda dövlət-din münasibətləri ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun bu sahədəki siyasətini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir.
29 avqust 2019-cu il tarixdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və RİH-nin birgə təşkilatçılığı ilə İsmayıllıda “Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib.
Dini icma üzvlərinin, din xadimlərinin, ağsaqqalların, məktəb direktorlar və İƏD üzrə nümayəndələrin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə RİH başçısının birinci müavini, dini komissiyanın sədri Rövşən Ağayev açıb.
DQİDK-si sədrinin birinci müavini Səyyad Salahlı mövzu ilə bağlı məruzə edib, dövlət-din münasibətlərinə bir daha aydınlıq gətirib. Qeyd olunub ki, dini radikalizm və ekstemizmə qarşı ideoloji müstəvidə effektiv mübarizə aparılır, ölkəmizdə tarixən mövcud olan tolerantlıq və multikulturalizm ənənələri qorunub saxlanılır. Bu istiqamətdə maarifləndirici tədbirlərin gücündən daha səmərəli istifadə olunur.
“Cümə” məscidinin imami, QMİ-nin səlahiyyətli nümayəndəsi Vasif Teymurov dinin cəmiyyət üçün çox həssas bir sahə olduğunu diqqətə çatdırıb, dövlətin din sahəsinə qayğısından danışıb.
Sonda verilən suallar cavablandırılıb.
-
Nəcib insan, Bacarıqlı təhsil təşkilatçısı - Çoşqun Əliyev haqqında böhtan yazanların nəzərinə
...
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...
-
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”
...
-
Bazar günü 32° isti olacaq
...
-
Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirilib - FOTOLAR
...
-
Şənbə gününə 32° isti gözlənilir
...
-
İki qardaş xalqın münasibətləri yüksək səviyyədədir
...
-
Münasibətlərimizin tarixi zəngindir
...
-
İki ölkə arasında dövlətlərarası münasibətlər fəallaşır
...
-
Azərbaycan xalqı Çingiz Aytmatovla fəxr edir
...