Azərbaycanda toy günü özünü partladan gənclə bağlı - Dəhşətli faktlar
Dünən Tərtər rayonunda gənc oğlanın özünü partladaraq öldürməsi hadisəsi ilə bağlı dəhşətli faktlar üzə çıxıb.
Avqustun 29-da saat 16 radələrində Tərtər rayonun Qaradağlı inzibati ərazi vahidliyinə daxil olan Təzəkənd kəndində özünü qumbara ilə partladaraq intihar edən 1994-cü il təvəllüdlü Elmir Hüseynli subay olub.
Bildirilir ki, bir neçə gündür məzuniyyətdə olan 25 yaşlı Elmir hadisədən əvvəl sərxoş vəziyyətdə valideynləri ilə mübahisə edib.
Belə ki, qonşuluqdakı toyda yeyib-içən gənc oğlan sərxoş vəziyyətdə evə gəlib. Evdə ata-anası onu danlayıb, ona borcunun olması xatırladılıb və spirtli içki qəbul etməsi ilə bağlı tənbeh olunub. Valideynlərinin onu danlamasına əsəbiləşən gənc qumbara götürərək həyətə çıxıb və həyatdan bezdiyini, özünü öldürmək istədiyini deyib. O, ata-anasını yaxına buraxmayıb və səs-küyə qonşular yığılıb. Bu zaman qonşuluqda yaşayan və Elmirin xətrini uşaq vaxtından çox istəyən 52 yaşlı Fikrət Abbasov irəli çıxaraq onu sakitləşdirməyə çalışıb.
Bu zaman gənc oğlanın əlindəki qumbaranın alışdırıcısı açılıb və partlayış baş verib.
Nəticədə E.Hüseynli hadisə yerində vəfat edib. F.Abbasov isə ağır vəziyyətdə xəstəxanaya aparılıb.
Hadisədən yarım saat sonra qonşuluqdakı toy məclisi yarımçıq dayandırılıb.
-
Rəşad Dağlıya 11 il cəza istənildi
...
-
Azərbaycanda 13 milyonluq narkotik ələ keçirildi - Saxlanılanlar var+Video
...
-
DTX Azərbaycan vətəndaşı olan 13 terrorçunu həbs etdi - Video
...
-
DİN-dən Gədəbəylə bağlı daha bir - Açıqlama
...
-
“Ay Brat” meyxanası ilə məşhurlaşan Mahir həbs olundu - Fotolar
...
-
Bu hərəkətlərinə görə onlara müəllimlik etmək qadağan edildi
...
-
“İsgəndər dedi ki, həmin adam bildiklərini gəlib toyda yayacaq”
...
-
“Dedi ki, onu öldürdüm, məni polisə təslim et” - Rəşad Dağlının qardaşı
...
-
Rufulla Axundzadə vəzifəli şəxslərə qarşı sui-qəsd hazırlayıbmış - Video
...
-
Azərbaycanda terror planlaşdırmaqda şübhəli bilinən şəxslər ifşa edildi - Video
...