Şeyxin tələb etdiyi məsələlər layihədən çıxarılıb – Surroqat ana və sperma bankı...
“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsindən surroqat ana və sperma bankı məsələsi çıxarılıb”.
Bu barədə deputat Musa Quliyev bildirib. “Donorluq məsələsi yalnız nikahda olan ər-arvad arasında həll oluna bilər”,- deyə deputat əlavə edib.
Onun sözlərinə görə, artıq qanun layihəsində mübahisəyə səbəb ola biləcək hər hansı məqam qalmayıb.
Qeyd edək ki, bundan əvvəl qanun layihəsi ilə bağlı gedən xəbərlər anlaşılmazlığa səbəb olmuşdu. Həmin xəbərlərdə aydın deyildi ki, mübahisəyə səbəb surroqat ana və sperma bankı məsələsi layihədən çıxarılıb, müəyyən dəyişikliklərlər saxlanılıb.
Xatırladaq ki, “Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsinin müzakirəsi bir neçə dəfə təxirə salınıb. Layihədə narazılıq yaradan əsas məsələlərdən biri ekstrokorporal mayalanma üçün donorluğun tətbiqi (sprema bankı) ilə bağlı idi. Qafqaz Müsəlmanları İdarəsi donorluq məsələsinə etiraz edib. Bununla yanaşı, Səhiyyə Nazirliyi ekstrokorporal mayalanmanın tətbiq olunacağı klinikaların müəyyənləşdirilməsi səlahiyyətinin Nazirlər Kabinetinə verilməsini istəyir.
Maliyyə Nazirliyi isə aztəminatlı, sonsuz ailələrə ekstrokorporal mayalanmanın bir dəfə dövlət vəsaiti hesabına (pulsuz) həyata keçirilməsi üçün şans verilməsinə iradını bildirib və hesab edib ki, bunu icbari tibbi sığorta hesabına həyata keçirmək olar.
Millət vəkilinin açıqlamasından anlaşılır ki, QMİ-nin etiraz etdiyi məsələlər qanun layihəsindən çıxarılıb.(Yeni Sabah)
-
Azərbaycan öz sözünə həmişə sadiqdir
...
-
Biz gələcəyə nikbin nəzərlərlə baxırıq
...
-
“AŞPA-dakı çirkin kampaniya nümayəndə heyətimiz üçün dözülməz olub”
...
-
Prezident “Euronews”a müsahibə verib
...
-
Prezident “Gülüstan” sarayında iclasda çıxış etdi - Fotolar
...
-
“Avropa Şurasından tamamilə çıxmaq məsələsinə ciddi baxa bilərik”
...
-
Yeni ədliyyə naziri təyin edildi
...
-
Prezidentin Xocalı sakinləri ilə görüşünün Videosu
...
-
Prezident sakinlərlə Xankəndini gəzdi - Fotolar
...
-
Prezident Xocalı qurbanlarını sükutla yad etdi - Foto
...