“Neftçi”nin futbolçusu üzr istədi - Foto
“Neftçi”nin futbolçusu Anton Krivotsyuk Premyer Liqanın III turunda “Sumqayıt”la matçın sonlarında iştirak etdiyi insidentdə hərəkətinə görə üzr istəyib. Millimizin də üzvü olan gənc müdafiəçi bununla bağlı “İnstagram” hesabında paylaşım edib:
“Bütün azarkeşlərdən və rəqib komandaya aiddiyatı olan bütün insanlardan üzr istəyirəm. Qoldan sonra bunu həddən artıq qeyd etməyimə görə üzrxahlıq edirəm. Biz hamımız insanıq, emosiyalarımız var. Ancaq xahiş edirəm ki, rəqibin futbolçularının və ya məşqçilər korpusunun ünvanına hansınsa sözləri deməyimlə bağlı insanlara yalan informasiyanı çatdırmayın. Videoyazı var, orda dəqiq görünür ki, qoldan sonra nə baş verdi. Qolun qeyd olunması vardı, söz yox. Özümü əldən buraxdım və buna müvafiq olaraq cəzalandırılacam”.
Xatırladaq ki, qarşılaşmaya əlavə olunmuş dəqiqələrdə “Neftçi” qələbə topunu vurarkən meydanda ara qarışıb. “Sumqayıt”ın kapitanı Vurğun Hüseynov qeyri-etik jest edən Anton Krivotsyukun üzərinə gedərək onun başına sillə vurub. Nəticədə Anton ikinci sarı vərəqə, Vurğun isə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.
-
3x3 qadın millimiz "Paris-2024" Olimpiadasında - Tarixi uğur
...
-
Gəncə MDB-nin idman paytaxtı olacaq
...
-
Qadın millimizdən "Paris-2024" yolunda uğurlu start
...
-
Dadaş Dadaşbəyli Dünya Kubokunda 3 gümüş medal qazanıb
...
-
Gəncə şəhər stadionunun təməli qoyuldu - Fotolar
...
-
Avropa çempionatında möhtəşəm nəticə
...
-
"Komandama güvənirəm"
...
-
Maqsud Adıgözəlovun “uğur hekayəsi”nin arxasında kim dayanır?
...
-
“Araz-Naxçıvan”ın yeni baş məşqçisi açıqlandı
...
-
Qadın millimiz Paris Olimpiadası üçün bu komandalarla oynayacaq
...