Ramil Usubovla danışıqlar aparmaq üçün Bakıya gəlir

14:43 03-09-2019 | icon 2904
Ramil Usubovla danışıqlar aparmaq üçün Bakıya gəlir

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev sentyabrın 4-də Rusiya ilə Azərbaycan arasında təhlükəsizlik məsələlərinə dair ikitərəfli məsləhətləşmələr aparmaq üçün Bakıya gələcək.

Bu barədə “TASS” agentliyinə Şuranın Mətbuat xidmətindən bildirilib.

 

“Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev sentyabrın 4-də Azərbaycana səfər edəcək.  O, Bakıda Təhlükəsizlik Şurasının katibi Ramil Usubov və hər iki ölkənin bir sıra nazirliklərinin və dövlət strukturlarının nümayəndələri ilə Rusiya-Azərbaycan arasında təhlükəsizlik məsələlərinə dair məsləhətləşmələr aparacaq”, - deyə məlumatda qeyd olunub.


Digər xəbərlər

0.24153208732605