Komandirin istəyi ilə Aqarunovun heykəlini hazırlayan müəllimlər - Fotolar
Bakının Nərimanov rayonunda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə abidə ucaldılıb.
Heykəlin müəllifləri Azərbaycan Rəssamlıq Akademiyasının müəllimləri Rahib Babayev və Ramik Rzayevdir. Heykəl Albert Aqarunovun komandiri olmuş Hacı Əzimovun istəyi ilə hazırlanıb. Milli Qəhrəmanın heykəlinin hazırlanmasına 5 ay vaxt sərf olunub.
Qısa arayış olaraq bildirək ki, heykəlin müəllifləri hazırda müəllim kimi çalışdıqları Azərbaycan Rəssamlıq Akademiyasının məzunları olublar.
Azərbaycan Rəssamlıq Akademiyasının Heykəltəraşlıq kafedrasının müəllimi Rahib Qarayev 1986-cı il Masallı rayonunun Qasımlı kəndində anadan olub. O, 2000-2008-ci illərdə Qasımlı kəndində İlqar Balayevin emalatxanasında heykəltəraşlıq dərsləri alıb. 2008-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının bakalavr pilləsinə, 4 il sonra isə magistraturaya qəbul olub. 2014-cü ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Heykəltəraşlıq kafedrasında müəllim kimi fəaliyyət göstərir.
O, 2016-cı ildə Aprel döyüşlərində şəhid olmuş Samir Kaçayevin memorial abidəsinin müəllifidir. Samir Kaçayevlə Rahib Babayev dost olublar. Bundan başqa, Masallının Təzəkənd kənd məktəbi üçün şəhid Rövşən Nəbiyevin büstünü hazırlayıb. 2019-cu ildə Hakim Həsənov adına Qasımlı kənd tam orta məktəbində qoyulan şəhid Hakim Həsənovun heykəlinin müəllifidir.
Heykəltaraş Zamik Rzayev isə 1989-cu ildə Naxçıvanda anadan olub. O da Rahib kimi Rəssamlıq Akademiyasının məzunu olub, hazırda isə Heykəltəraşlıq kafedrasının müəllimi kimi fəaliyyət göstərir.(qafqazinfo)
-
Azərbaycanda “Arap Kadri” Türk komediyasının nümayişi başlayır
...
-
Azərbaycanın səslərini Aysel açıqlayacaq
...
-
Azərbaycanda yeni radio fəaliyyətə başlayır
...
-
Belarus Kino Günlərinin açılışı olub
...
-
“Şuşaya qayıdırıq” - Video
...
-
“Arka sokaklar”dan buna görə çıxıbmış
...
-
“Arşın mal alan” və “Leyli və Məcnun” ilk dəfə Cenevrədə - Fotolar
...
-
Musiqili Teatrda Lütfəli Abdullayevin xatirəsi yad olunub
...
-
“Güneşi söndürmem gerek” romantik dramı “CineMastercard” kinoteatrında
...
-
Xalçalarımız Qazaxıstanda Novruz festivalında - Tokayev də iştirak edib
...