Rəşad Cəbrayılov 40 yaşını qeyd edir

12:11 05-09-2019 | icon 3259
Rəşad Cəbrayılov 40 yaşını qeyd edir

Bu gün Salyan rayon icra hakimiyyəti başçının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, YAP Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılovun doğum günüdür . O, 5 sentyabr 1979-cı ildə Salyan şəhərində anadan olub.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunu olan Cəbrayılov YAP Salyan rayon təşkilatının VII konfransında təşkilata sədr seçilib.

2016-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Redaksiyamız adından Rəşad Cəbrayılovu ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və yeni-yeni uğurlar arzulayırıq!


Digər xəbərlər

0.21502804756165