Azərbaycan – Xorvatiya oyunu üçün tanış hakim

15:21 06-09-2019 | icon 2818
Azərbaycan – Xorvatiya oyunu üçün tanış hakim

AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Xorvatiya matçının bütün təyinatları açıqlanıb. 

Oyunu Sandro Şörerin rəhbərlik etdiyi isveçrəli hakimlər briqadası idarə edəcək. 

 

Şörer daha əvvəl Avropa Liqasında “Qarabağ”ın Şimali İrlandiya “Linfild”inə səfərdə 2:3 hesabı ilə uduzduğu pley-off mərhələsinin ilk oyununu da idarə edib.

AÇ-2020-nin seçmə mərhələsi
E qrupu
9 sentyabr
20:00. Azərbaycan – Xorvatiya

Hakimlər: Sandro Şörer, Stefan De Almeyda, Sladan Yosipoviç, Fedayi San (hamısı İsveçrə)
Hakim-inspektor: Aleksandru Dyakonu (Rumıniya)
UEFA nümayəndəsi: Sergey İliç (Belarus)
Bakı. 8-ci km stadionu


Digər xəbərlər

0.24483299255371