Sahibsiz itlər “AAAF Park” sakinlərini evə “həbs etdi” - Video

12:30 09-09-2019 | icon 5630
Sahibsiz itlər “AAAF Park” sakinlərini evə “həbs etdi” - Video

Xırdalanda yerləşən “AAAF Park” yaşayış kompleksinin sakinləri binalarının ətrafında dolaşan saysız-hesabsız sahibsiz itlərdən şikayətçidir.

Şikayətçilər tərəfindən göndərilən videoda 10-dan çox sahibsiz itin kompleksin ərazisində sürü halında gəzdiyi görünür. Onlar daha çox heyvanların uşaqlara, eləcə də yaşlı insanlara hücum edəcəyindən qorxur. 

“AAAF İnşaat” MMC-nin mətbuat katibi Kənan Məstəliyev məsələdən xəbərdar olduğunu vurğulayıb.

“Biz şirkət olaraq sahibsiz itlərlə məşğul olan müvafiq dövlət qurumlarına rəsmi şəkildə dəfələrlə müraciət etmişik. Onlar lazımi formada tədbir görməyib”, - deyə Məstəliyev qeyd edib.(qafqazinfo)

 

 

Digər xəbərlər

0.26006102561951