Birinci vitse-prezidentin göstərişi ilə salınacaq parkı hasarlayıblar
Prezident yerli sakinlərin istifadəsi üçün park salınmasına göstəriş verir və kimsə kimlərdənsə cəsarət alaraq salınacaq parkın ərazisində qanunsuz tikinti işləri aparır.
Azeripress.az-a Kürdəxanı sakinləri adından qəsəbə sakini Tofiq Əli Kürdəxanlı müraciət ünvanlayıb.
Müraciəti olduğu kimi təqdim edirik:
İlham Əliyev: “Qanunsuz tikililərə şərait yaradan dövlət məmurları çox ciddi cəzalandırılacaq. İctimai yerdə, həyətdə, yaxud insanların istifadə etdiyi yerdə bina tikmək cinayətdir və bunu edən cavab verəcək”.
Bu ilin may ayında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva kəndimizdə, Bakının Sabunçu rayonundakı Kürdəxanı qəsəbəsində olub. Orda olduğu müddətdə Mehriban xanım dedi ki, qəsəbənin sosial-iqtisadi inkişafı, iş yerlərinin yaradılması istiqamətində işlər bundan sonra da davam etdiriləcək. Yerli sakinlərin asudə vaxtlarının səmərəli keçirtmələri üçün Mehriban xanım Kürdəxanı qəsəbəsində (əvvəlki Meyvə Tingliyi Savxozunun ərazində) istirahət parkının salınması üçün göstəriş verib. Yaxın günlərdə parkın açlışı olacağı gözlənilir. Lakin bəzi işbazlar salınacaq parkın böyük bir hissəsini zəbt edərək hasarlayıblar (şəkilləri göndəririk). Nəzərinizə çatdırım ki, park zeytun ağaclarından ibarət olan “Zeytunluq” deyilən ərazidə salınıb və sözü gedən işbaz ərazidə olan zeytun ağaclarını da hasarladığı əraziyə daxil edib. Yerli sakinlərin bununla bağlı Sabunçu rayon icra hakimiyyətinə ünvanladığı müraciətlər də cavabsız qalır. Azərbaycan Respublikasının Prezidenti cənab İlhan Əliyev qanunsuz tikililəri cinayət adlandırır (sitat yuxarıda), Birinci Vitse - Prezident yerli sakinlərin istifadəsi üçün park salınmasına göstəriş verir və kimsə kimlərdənsə cəsarət alaraq salınacaq parkın ərazisində qanunsuz tikinti işləri aparır. Doğrusu cəsarətin bu qədəri də adamı təəccüblənirməyə bilmir. Ümid edirik ki, əlaqədar təşkilatlar bu cəsarətli adamla, ona cəsarət verən verənlərlə bağlı bir ölçü götürər.
Hörmətlə, Kürdəxanlılar adından Tofiq Əli Kürdəxanlı
-
COP29-un rəsmi saytı istifadəyə verilib
...
-
Şimşək çaxacaq, dolu düşəcək
...
-
Nəcəf Novruzov barədə böhtan yazanların nəzərinə
...
-
Azərbaycanda media azadlığı təmin edilir
...
-
Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
...
-
COP29-a ev sahibliyi həm şərəf, həm də məsuliyyət deməkdir
...
-
Ölkəmizin mövcud potensialının təzahürü
...
-
İkitərəfli münasibətlərin bəhrəsi
...
-
Strateji mahiyyəti kəsb edən əlaqələr
...
-
"Qurultay türk dövlətlərinin səhiyyə sistemində müştərək layihələrin həyata keçirilməsinə təkan verəcək" - Birinci Türk Dövlətləri Kardioloji Qurultayının sədri, professor Gülnaz Dadaşova
...