Dəmiryolçuların idman spartakiadası keçirilir

10:49 10-09-2019 | icon 3144
Dəmiryolçuların idman spartakiadası keçirilir

Sentyabrın 6-da Xaçmaz rayonunun Nabran qəsəbəsindəki “Lokomotiv” İstirahət Mərkəzinin idman kompleksində 13 oktyabr – dəmir yolu işçilərinin peşə bayramına həsr olunmuş növbəti idman spartakiadası start götürüb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyindən verilən məlumata görə, spartakiadanın açılışında Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin (MHRİK) sədri Fəzail Bağırov çıxış edib. O, bildirib ki, son illər ərzində dəmir yolunda bir sıra islahatlar həyata keçirilib. Bütün bu işlərdə MHRİK ADY-nin rəhbərliyi ilə əlbir fəaliyyət göstərir.

Hər il MHİRK-in müvafiq qərarına uyğun olaraq, 13 oktyabr – dəmir yolu işçilərinin peşə bayramı ərəfəsində dəmiryolçuların spartakiadası keçirilir. Budəfəki yarışların bir hissəsi isə Nabran qəsəbəsindəki “Lokomotiv” İstirahət Mərkəzində reallaşır.

 

Sonra yarışlara start verilib. Cəmiyyətin departament və idarə kollektivlərinin komandaları idmanın voleybol, mini futbol, stolüstü tennis, dama və şahmat üzrə yarışlarda mübarizəyə qoşulublar. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov yarışları izləyib.

Qeyd edək ki, yarışlar “Azərbaycan Dəmir Yolları” QSC-nin inzibati binasında və Xaçmaz rayonunun Nabran qəsəbəsindəki “Lokomotiv” İstirahət Mərkəzinin idman kompleksində keçirilir.

Dəmiryolçuların idman spartakiadası sentyabr ayının sonuna kimi davam edəcək. 13 oktyabr – dəmir yolu işçilərinin peşə bayramı ərəfəsində spartakiada qaliblərinə kuboklar, pul mükafatları və diplomlar təqdim ediləcək.

 




Digər xəbərlər

0.2385048866272