Arif Qasımov növbəti səyyar görüş keçirdi
11 sentyabrda 201 nömrəli tam orta məktəbdə Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov Yenikənd, A.Mirzəyev, II Köndələn, Zakir, Puşkin və T.Bədəlov küçələrinin sakinləri ilə növbəti səyyar qəbul-görüş keçirib.
Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, Keşlə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.
Qəbulda sakinlər içməli su və kanalizasiya xətlərinin çəkilməsi, küçələrin işıqlandırılması və digər sosial problemlərlə bağlı Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımova müraciət ediblər.
Rayon rəhbəri tərəfindən vətəndaşların təklif, müraciət və şikayətləri dinlənilib, onları narahat edən bu və ya digər məsələlərlə bağlı verdikləri suallar ətraflı cavablandırılıb.
Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.
-
Su ehtiyatlarından səmərəli istifadə şəkildə başlıca vəzifədir
...
-
Xüsusi əhəmiyyətli layihə
...
-
Melioratorların əməyi ən yüksək diqqətə layiqdir
...
-
Ulu Öndərin qoyduğu təməl üzərində
...
-
İnsanların rifah halını yaxşılaşdırmaq naminə görülən tədbir
...
-
Hadi Rəcəbli vəfat etdi
...
-
Leyla Əliyeva ağacəkmə aksiyasında iştirak etdi
...
-
Sabah Bakıda 24° isti olacaq
...
-
Azərbaycan tibb elminin görkəmli nümayəndəsi
...
-
Akademik Zərifə xanım Əliyevanın zəngin irsi
...