Leyla Əliyeva Bakı bulvarında sərgidə - Fotolar
Sentyabrın 9-da Bakı Dənizkənarı Milli parkında “Nargis” komandasının “Make the Earth Smile” resaykling sərgisinin rəsmi açılışı olub.
Layihə çərçivəsində səkkiz heykəltəraş müxtəlif istehsalat tullantılarından qurulmuş 13 instalyasiya təqdim edib. Sərgi “Nargis” jurnalının “Ekologiya” mövzusuna həsr olunmuş 63-cü sayı ilə eyni vaxta təsadüf edib. Jurnal, üz qabığında – IDEA-nın təsisçisi Leyla Əliyevanın fotosu ilə nəşr edilib.
“Make the Earth Smile” adlı ekoloji layihə – insanın həyat fəaliyyətinin 13 ən vacib, Yer kürəsinə xüsusilə zərər verən böhranlı sahəsini özündə əks etdirən 13 instalyasiyadan ibarətdir. Layihənin məqsədi – gənc nəsli müsbət nəticələrlə yekunlanan yeni həyat tərzinə alışdırmaqdır.
Açılışa Leyla Əliyeva, Nargisin tərəfdaşları və dostları, xarici ölkələrin Azərbaycandakı səfirliklərindən nümayəndələr, nazirliklərdən nümayəndələr, sənətkarlar və qalereya sahibləri də daxil olmaqla 150-yə yaxın insan qatılıb.
Sərgi 9 sentyabrdan- 5 oktyabr tarixinədək açıqdır. Giriş sərbəstdir.
-
“Xarıbülbül” festivalına Laçında yekun vurulub
...
-
CineMastercard kinoteatrında “Cadı” filminin Qala gecəsi keçirildi - VİDEO - FOTO
...
-
Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günündən - Video
...
-
Zeynəb Xanlarova illər sonra azad Şuşada oxudu - Video
...
-
İbrahim Tatlıses Bakıda - Video
...
-
Bu gün Şuşada festival var - Video
...
-
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
...
-
Rasim Balayev Baş nazirə müraciət etdi
...
-
"Sən elə bir zirvəsən!” yenidən Akademik Musiqili Teatrda
...
-
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
...