“Hər şeyi oyuna çevirməyə çalışıram” - Emin övladları haqda + Video
Azərbaycanın Xalq artisti Emin Ağalarov övladlarına necə tərbiyə verməsindən danışıb.
Ifaçı sirlərini “Forbes Diges” videolayihəsinin “Milyarderlər uşaqlarına necə tərbiyə verir?” adlı müzakirələrində bölüşüb. Ağalarov heç bir pedaqoji üsula əl atmır və hesab edir ki, zəngin insanın övladına tərbiyə verməsi çox çətindir.
“Uşaqlar erkən yaşlarından firavan yaşayır. Onlara çox şey icazə verilib, ona görə də onları nədəsə məhdudlaşdırmaq yetərincə çətindir. Hər şeyi oyuna çevirməyə çalışıram. Əgər onlara nəyəsə pul lazımdırsa, tələb edirəm ki, buna görə nəsə etsinlər – dərslər, düzgün qidalanmaya riayət etsinlər, idmanla məşğul olsunlar. Əmin deyiləm ki, bu, hər dəfə işə yarayacaq”, - Ağalarov hesab edir.
Müğənni onları öz nümunəsində tərbiyələndirməyə çalışır. Onun atası - Azərbaycan əsilli Rusiya biznesmeni, “Crocus Group” şirkətlər qrupunun sahibi Araz Ağalarov oğluna uşaqlıqda pul vermirdi, ona görə də Emin özü qazanmağa çalışırdı. Emin özünü “qızıl cavanlar” nümayəndələrinə aid etmir. İfaçının sözlərinə görə, onun cavanlıqda heç vaxt pulu olmayıb.
“Mən tez və dəqiq başa düşdüm ki, səndə nəsə olsun deyə, buna nail olmaq lazımdır. Uşaqların artıq pulu olmamalıdır, çünki bilinmir, onlar o pulu nəyə xərcləyə bilər. Onları nəzarətdə saxlamaq lazımdır”, - Ağalarov etiraf edib.
Qeyd edək ki, Emin Ağalarovun dörd övladı var: Əli, Mikayıl, Əminə və Afina.
-
“Xarıbülbül” festivalına Laçında yekun vurulub
...
-
CineMastercard kinoteatrında “Cadı” filminin Qala gecəsi keçirildi - VİDEO - FOTO
...
-
Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günündən - Video
...
-
Zeynəb Xanlarova illər sonra azad Şuşada oxudu - Video
...
-
İbrahim Tatlıses Bakıda - Video
...
-
Bu gün Şuşada festival var - Video
...
-
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
...
-
Rasim Balayev Baş nazirə müraciət etdi
...
-
"Sən elə bir zirvəsən!” yenidən Akademik Musiqili Teatrda
...
-
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
...