Nazirlikdən jurnalistin həkimlərlə bağlı ittihamına - Cavab
Səhiyyə Nazirliyi Unikal.org xəbər portalının idman yazarı Aygün İlqarqızının 5 saylı Şəhər Klinik Xəstəxanada işləyən həkimlərlə bağlı ittihamına cavab verib. Qurumdan bildirilib ki, xanım səhv diaqnoz qoyulduğunu hesab edirsə, məhkəməyə müraciət edə bilər:
“Hüquqi dövlətdə mübahisəli məsələlər məhkəmə yolu ilə həll edilir. Həmin xanım bu hüququndan istifadə edib həkimi məhkəməyə verə bilər. Həkimin səhv diaqnoz qoyub qoymaması məhkəmədə araşdırılmalı və onun hərəkətinə hüquqi qiymət verilməlidir”.
Qeyd edək ki, A. İlqarqızı bir neçə gün öncə ağır vəziyətdə 5 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Ona korbağırsaq və sağ doğuş borusunun cərrahi əməliyyatı təyin edilsə də, ağrıkəsicilərlə sabaha kimi gözləməyi məsləhət görüblər.
Ağrılar şiddətləndiyi üçün gənc jurnalist Diaqnoz Tibb Mərkəzinə aparılıb. İlkin müayinədə müəyyən olubun ki, 5 saylı xəstəxanada ona yanlış diaqnoz qoyulub. O, qarın boşluğunun sağ yumurtalığında kista partlaması nəticəsində daxili qan axma diaqnozu ilə əməliyyat olunub. Hazırda vəziyəti normaldır.(qafqazinfo)
-
Bazar günü 32° isti olacaq
...
-
Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirilib - FOTOLAR
...
-
Şənbə gününə 32° isti gözlənilir
...
-
İki qardaş xalqın münasibətləri yüksək səviyyədədir
...
-
Münasibətlərimizin tarixi zəngindir
...
-
İki ölkə arasında dövlətlərarası münasibətlər fəallaşır
...
-
Azərbaycan xalqı Çingiz Aytmatovla fəxr edir
...
-
Davamlı əməkdaşlığın əsas meyarı
...
-
Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir
...
-
Azərbaycan ilə Qırğızıstan arasındakı tarixi əlaqələr
...