Məcidov peşəkar boksda ilk döyüşünü nokautla bitirdi

15:59 14-09-2019 | icon 4262
Məcidov peşəkar boksda ilk döyüşünü nokautla bitirdi

Azərbaycan boksçusu, üçqat dünya çempionu Məhəmmədrəsul Məcidov peşəkar boksda ilk döyüşünə çıxıb.

Super ağır çəkidə yarışan 33 yaşlı boksçumuz sentyabrın 13-də ABŞ-ın Nyu-York şəhərində yerli idmançı Ed Fonteynlə üz-üzə gəlib.

Hansı ki, sözügedən boksçu bunadək 12 döyüş keçirmiş və 7 qələbə qazanmışdı. Məcidov bu rəqibinə dördüncü raundda texniki nokautla qalib gəlib.


Digər xəbərlər

0.32136797904968