Əliheybət Şirinov Cəbrayıl rayon məcburi köçkününə diriykən qəbir qazdırdı - İddia
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, döngə 9 ünvanında müvəqqəti yaşayan Cəbrayıldan olan məcburi köçkünü Əliheydər Əliyevin sözlərinə görə, qəbir qazmasının səbəbkarı, “Azəravtoyol” ASC-nin 8 saylı yol istismar idarəsinin rəisi rəisi Əliheybət Şirinovdur.
Əliheydər Əliyev iddia edir ki, 2013-2015-ci illər ərzində ona məxsus avtomaşınlarla 8 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin şifahi sifarişi ilə müxtəlif tikinti obyektlərinə yüklər daşımışlar. Əliheybət Şirinov onlara müxtəlif tikinti materiallarının daşınması işlərini gördürmüş və görülmüş işlərin müqabilində ödənilməli olan 353.660 (üç yüz əlli üç min altı yüz altmış) manat məbləğində pulu ödəməkdən boyun qaçırmışdır. Pulu ödəmək bir yana hətta onu və ailəsini ölümlə hədələyir. Hətta deyir ki, muzdlu qatil tutub öldürtdürməyə və bu cinayəti də ört-basdır etməyə yetərincə pulumuz var. Elə buna görədir ki. Mən də daxil olmaqla ailə üzvlərimin qəbirlərini qazıb hazırlamışam. Artıq əlim hər yerdən üzülüb. Ölkəni tərk edib Avropanın ucsuz bucaqsız küçələrində ac suzsuz dolanmaqdansa ölümü tərciyə edirik. Amma ölüm qabağı Prezidentdən bir xahişim var ki, sağikən bizim qisasımızı bu harınlamış məmurdan alsın. Prezidentimiz cənab İlham Əliyev hər çıxışında bildirir ki, mən hər bir Azərbaycan vətəndaşının prezidentiyəm. Biz, bütün ailə üzvülərim də daxil olmaqla buna inanırıq.
-
Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirilib - FOTOLAR
...
-
Şənbə gününə 32° isti gözlənilir
...
-
İki qardaş xalqın münasibətləri yüksək səviyyədədir
...
-
Münasibətlərimizin tarixi zəngindir
...
-
İki ölkə arasında dövlətlərarası münasibətlər fəallaşır
...
-
Azərbaycan xalqı Çingiz Aytmatovla fəxr edir
...
-
Davamlı əməkdaşlığın əsas meyarı
...
-
Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir
...
-
Azərbaycan ilə Qırğızıstan arasındakı tarixi əlaqələr
...
-
Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb
...