Umico ilə alış-veriş edərək Azercell nömrənizin balansını artırın!
Zəngin rəqəmsal məhsullar bazasına malik olan ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC texnoloji yeniliklərin tətbiqi vasitəsilə insan həyatını rahatlaşdırmaq istiqamətində fəaliyyətini genişləndirməyə davam edir.
Umico bonus proqramının eksklüziv telekom tərəfdaşı olan Azercell, adıçəkilən proqram istifadəçilərinə keşbək qazanmaq imkanı yaradır. Sentyabr ayının 3-dən etibarən Umico istifadəçisi olan Azercell fakturasız xətt müştəriləri balanslarını rəqəmsal kanallar vasitəsilə artırmaqla, 0.7% məbləğində keşbək əldə edir. Bonuslar “MilliÖN” terminalları və internet saytı, “Modenis”, “Expressbank”, “Smartpay” terminalları, “PaySis”, “Goldenpay”, “Azerikard” internet saytları, “ABB” ATM-ləri, “Azərpoçt” şöbə və filialları vasitəsilə edilən ödənişlərə təqdim olunur.
Qeyd edək ki, istifadəçilərə Umico-nun 500-dən çox tərəfdaş şəbəkələrində alış-veriş zamanı keşbək qazanmaq və topladıqları keşbək balansını eyni şəkildə partnyor şəbəkələrində sərf etmək fürsəti verilir. Azercell abunəçiləri toplanan bonusları Umico mobil tətbiqi çərçivəsində həm fakturalı, həm də fakturasız xətt nömrələrinin balansına yükləyə bilərlər.
Məlumat üçün vurğulayaq ki, layihə çərçivəsində şirkətin ilk təklifi cari ilin may ayından etibarən Azercell Mağazalarından alınan smartfon və aksesuarlar üçün 3.5% və 7.5% dəyərində keşbək verilməsi, həmçinin toplanan bonusun eyni mağazalarda alış-veriş zamanı xərclənə bilməsi olub.
AppStore və ya PlayStore-dan Umico mobil tətbiqini yükləyin və bu fürsətdən yararlanmağa tələsin!
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir
...
-
Azərbaycanda elektron siqaretlər qadağan oluna bilər
...
-
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
...
-
Neftimizin qiyməti 88 dollara düşdü
...
-
“Yelo Bank” birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
...
-
Neftimizin qiyməti 92 dollara düşdü
...
-
Azərbaycanın ticarət etdiyi ölkələrin - Siyahısı
...
-
COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək
...
-
Nar-dan xüsusi təklif - 10%-dək endirimlə smartfon!
...
-
Azərbaycanda orta aylıq əməkhaqqı 950 manata çatır
...