Mahirin evini qarət edənlər saxlanıldı

10:17 18-09-2019 | icon 3710
Mahirin evini qarət edənlər saxlanıldı

“Qarabağ” futbol klubunun hücumçusu Mahir Emrelinin evini qarət etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

 

Bunu Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. Belə ki, aidiyyatı qurumların keçirdiyi birgə əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədə şübhəli bilinən Qazax rayon sakinləri, əvvəllər məhkum edilmiş Nicat Vəliyev və Anar Mahmudov tutulub.
 
Xatırladaq ki, məşhur futbolçunun Sulutəpə qəsəbəsində yerləşən evindən 17 min manat, 20 min dollar, üç ədəd mobil telefon və 60 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.


Digər xəbərlər

0.25736618041992