Cavid Qurbanov doğum gününü qeyd edir
“Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanovun 61 yaşı tamam olur. C.Qurbanov 19 sentyabr 1958-ci ildə Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olub.
1975-ci ildə Kəlbəcər rayonunda orta məktəbii bitirib. 1975-1976-cı illərdə Kəlbəcər şəhərində elektroenergetika sahəsində elektrik montyoru işləyib.
1977-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olub. 1979-cu ildə 26 Bakı Komissarları nəşriyyatında kuryer vəzifəsi ilə əmək fəaliyyətinə yenidən başlayıb.
1980-1981-ci illərdə “Azəryollayihə” Layihə Institutunda texnik-cizgiçi, 1982-1987-ci illlərdə “Azərnəqliyyattikinti” Trestinin avtobazasında mexanik, baş mexanik, rəis müavini vəzifələrində çalışıb.
1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib.
1987-1992-ci “Elektromexanizasiya” Trestinin 4 saylı Avtonəqliyyat Kontorunda direktor işləyib.
1992-1993-cü illərdə Respublika İxtisaslaşdırılmış “Avtonəqliyyat” Birliyində baş direktor, 1993-1994-cü illərdə “Azəravtoyol” Dövlət Şirkətinin prezidenti vəzifəsində işləyib.
Daha sonra isə 1995-ci ildə “Azərərzaqnəqliyyat” Birliyində direktor olub.
1996-1997-ci illərdə Azərbaycan Dövlət Dəmiryolu idarəsinin Təchizat şöbəsində rəis işləyib.
1997-2001-ci illərdə “Azərdəmiryolservis” İstehsalat Birliyində rəis vəzifəsində çalışıb.
2003-cü ildən “Yolnəqliyyatservis” Departamentinin rəisi, 2004-cü ildən Nəqliyyat Nazirliyi “Yolnəqliyyatservis” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəisi vəzifələrində çalışıb.
2007-ci ilin fevral ayında “Yolnəqliyyatservis” Departamentinin “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti olması ilə əlaqədar olaraq, “Azəryolservis” ASC-nin sədri vəzifəsində işləməyə başlayıb.
09.02. 2015-ci il tarixindən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri postunu tutur.
123 saylı Kəlbəcər Seçki Dairəsindən III, IV və V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Hazırda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvüdür.
2018-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının ictimai - siyasi həyatında fəal iştirakına görə Cavid Qurbanovu "Şöhrət" ordeni ilə təltif edib.
Texniki elmlər namizədidir.
C.Qurbanov Yeni Azərbaycan Partiyasının üzvüdür.
Biz də redaksiyamızın kollektivi adından Cavid müəllimi təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzu edirik!
-
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür
...
-
Qarabağ münaqişəsi tarixə çevrildi
...
-
Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı
...
-
Şuşa mədəniyyətimizin beşiyidir
...
-
Heydər Əliyev Fondu və ICESCO arasında Memorandum imzalandı - Fotolar
...
-
Heydər Əliyev Həştərxanda anıldı - Fotolar
...
-
İlqar Mahmudov Qələbə Günü münasibətilə müharibə veteranını evində ziyarət edib
...
-
Sabah 25° isti olacaq
...
-
AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib
...
-
EImi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən Ağalı və CocuqMərcanlıda əhali üçün kardioloji müayinələr təşkil edilib - FOTOLAR
...