“Əsrin müqaviləsi”nin 25 illiyinə həsr olunmuş tədbir keçirildi - Foto

14:02 19-09-2019 | icon 3499
“Əsrin müqaviləsi”nin 25 illiyinə həsr olunmuş tədbir keçirildi - Foto

19 sentyabr 2019-cu il tarixində “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illiyi və 20 sentyabr – Neftçilər günü münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətində tədbir keçirilib.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçının müavini Nadir Muradov, Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, başçının müavini Təranə İsmayılova, aparatın məsul işçiləri, rayonun neft sənayesi müəssisələrində çalışan neftçilər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Nadir Muradov sentyabrın 20-də “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Azərbaycanla dünyanın tanınmış neft şirkətləri arasında sazişin imzalanmasının iyirmi beşinci ildönümü tamam olunmasını, bu tarixi hadisənin xalqımızın yaddaşında əbədi yaşayacağını bildirib.

 

Qeyd edib ki, 1994-cü il sentyabrın 20-si müstəqil Azərbaycan dövlətinin inkişafında tarixi, mühüm bir gün olub. Həmin gün ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanıb və bütün dünyada "Əsrin müqaviləsi" adı ilə tanınmış neft kontraktları imzalanıb. Bu kontraktlar Azərbaycanın neft və yeni iqtisadiyyat tarixinin şanlı səhifəsini açıb. Məhz bu tarixi addımla müstəqilliyini bir daha sübut edən Azərbaycan öz sərvətlərinə tam sahib olduğunu bütün dünyaya nümayiş etdirib. Azərbaycan ilk dəfə idi ki, 6 ölkəni təmsil edən dünyanın məşhur 10 xarici neft şirkəti ilə belə böyük miqyasda saziş imzalayırdı. Bu saziş Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsasını qoydu, xarici sərmayədarların Azərbaycana axınını sürətləndirib.

Ə.Əmirov adına NQÇİ-nin rəisi Ramin Quliyev çıxış edərək bildirib ki, 1994-cü il sentyabrın 20-də Bakıda Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın 11 aparıcı neft şirkəti arasında “Azəri”,” Çıraq” və ”Günəşli” yataqlarının birgə işlənilməsi və hasilatın pay bölgüsü ilə bağlı “Əsrin müqaviləsi” imzalanandan sonrakı illərdə dünyanın 19 ölkəsini təmsil edən 41 neft şirkəti ilə daha 26 saziş imzalanıb.

Tədbirin sonunda Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradov Qaradağ Rayon İcra Hakimiyyəti adından rayonun neft sənayesi müəssisələrində çalışan neftçiləri peşə bayramı münasibəti ilə təbrik edib.

 



Digər xəbərlər

0.3376579284668