Hacı uduzdu, hakimlərə hücum çəkdi - Foto+Video
Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatında 3 qat dünya çempionumuz Hacı Əliyev xalça üzərinə çıxıb.
Favoritlərdən olan idmançımız hakim haqsızlığı ilə üzləşərək mübarizəni erkən dayandırıb.
Əliyev rusiyalı Hacımurad Rəşidovla görüşə pis başlasa da, sonradan üstünlüyü ələ alıb. Ardıcıl fəndlər edən idmançımız önə keçsə də, qarşı tərəf buna etiraz edib. Hakimlər videotəkrara baxdıqdan sonra idmançımızın xallarını siliblər.
Nəticədə Hacı 2:4 hesabı ilə məğlubiyyətə uğrayıb. Lakin mundialın 3 qat qalibi hakimlərlə razılaşmayaraq qırmızı vərəqəni onlara tərəf atıb. Hakimlər də cavabında Hacı Əliyevə qırmızı vərəqə göstərərək onu diskvalifikasiya ediblər.
İdmançımız daha sonra hakimlərin üzərinə hücum çəkmək istəsə də, yerli polis bunun qarşısını alıb.
Hacı Əliyev "Qafqazinfo"ya açıqlamasında danışmaq istəmədiyini bildirib: "Heç nə demək istəmirəm"
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...