Növbəti görüş-qəbul Ağbulaq kəndində keçirilib

13:53 20-09-2019 | icon 2407
Növbəti görüş-qəbul Ağbulaq kəndində keçirilib

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov növbəti görüş-
qəbulu Ağbulaq sakinləri ilə keçirib. Cənab Prezident İlham Əliyevin Sərəncamı
əsasında tikilən Təzəkənd-Ağbulaq-Qoşakənd yolunun istifadəyə verilməsindən sonra
bir daha rahatlıq tapan Ağbulaq sakinləri ölkə rəhbərinə minnətdar olaraq görüş-qəbula
mütəşəkkilliklə gəlmişdilər.


Tədbiri giriş nitqi ilə açan rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov
diqqətə çatdırıb ki, cənab Prezident İlham Əliyevin Sərəncamları, imzaladığı Dövlət
proqramları əsasında rayonumuz kəndləri ilə birlikdə inkişaf edir, yeniləşir, iqtisadi və
maliyyə imkanları artır, müasir yollar şəbəkəsi yaradılır, kəndlərə qaz çəkilir, sosial
problemlərin uğurlu həlli nəticəsində insanların sosial həyatına bir rahatlıq, zənginlik
gəlir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Heydər Əliyev Fondunun
prezidenti xanım Mehriban Əliyevanın İsmayıllıya səfəri, görülən işlərə yüksək qiymət
verməsi, insanlara göstərdiyi səmimiyyət və mehribanlıq rayonun hərtərəfli inkişafı üçün
yeni stimula çevrilir.


RİH-nin başçısı Mirdaməd Sadıqov daha sonra təklifi, şikayəti, istəyi, xahişi olan
hər bir kəsi dinləyib, aidiyyatı qurumlara aşağıdakı məsələlərlə əlaqədar tapşırıqlar
verib; su təminatını yaxşılaşdırmaq üçün artezian quyusunun transformatorunu daha
güclüsü ilə əvəz etmək, kəndə yeni transformator qoymaq, 40 ədədə qədər elektrik
dirəklərini dəyişmək, qaz çəkilişinə yardımçı olmaq, odun yanacağı ilə təminatı
yaxşılaşdırmaq və sair. Elə məsələlər də ortaya çıxarılıb ki, onlar qanuni əsasda
cavablandırılıb və ya məsləhətlər verilib.


Görüş-qəbulda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının
məsul işçisi Qalib Əsgərov iştirak edib.


Digər xəbərlər

0.26543498039246