Macarıstan – Azərbaycan oyunu azarkeşsiz keçirilə bilər
AÇ-2020-nin seçmə mərhələsinin Macarıstan – Azərbaycan oyunu azarkeşsiz keçirilə bilər.
Buna səbəb sentyabrın 9-da baş tutan Macarıstan – Slovakiya oyununda (1:2) slovak tərəfdarların milliyətçi şüarlar səsləndirməsi, hər iki komandanın azarkeşləri arasında insidentin yaranmasıdır.
Bu səbəbdən, UEFA-nın hər iki yığmaya cəza tətbiq edəcəyi gözlənilir. Belə olacağı halda, Macarıstan – Azərbaycan və Slovakiya – Uels qarşılaşmaları boş tribunalar qarşısında keçiriləcək. UEFA bununla yanaşı, həm Macarıstan Futbol Federasiyasına, həm də Slovakiya Futbol Federasiyasına 20 min avro məbləğində pul cəzası da verə bilər.
Slovakiya – Uels matçı oktyabrın 10-da, Macarıstan – Azərbaycan qarşılaşması isə oktyabrın 13-də keçiriləcək.
-
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib - FOTO
...
-
Sabiq icra başçısının oğluna yüksək vəzifə verildi
...
-
"Bakı Abadlıq Xidməti" tikinti, quruculuqla yanaşı, həm də abadlaşdırdığı kəndlərdə sağlam, yaradıcı mühit yaratmağa cəhd edir" - FOTOLAR
...
-
Aygün Kazımova Azərbaycan Kubokunun finalından öncə çıxış edəcək
...
-
Bu gün Avroliqada finalçılar müəyyənləşir
...
-
Kamran Nəbizadə TAF-ın prezidenti ilə görüşüb
...
-
Nazir Ülviyyəni qəbul etdi
...
-
Bakı dünyanın “İdman Paytaxtı” seçildi
...
-
Arif Əsədov: "Əsas şərt idman prinsipinin qorunmasıdı"
...
-
Kənan Məstəliyev: "Onları qeyri-peşəkar hesab edirəm"
...