Tale Heydərov “Ronaldinyo Futbol Akademiyası”nın açılış tarixini açıqladı

15:11 23-09-2019 | icon 3203
Tale Heydərov “Ronaldinyo Futbol Akademiyası”nın açılış tarixini açıqladı

“Uğurlarımızı hamıya göstərmək üçün “Qəbələ” İdman Akademiyasını təsis etdik. Çətinliklərə baxmayaraq yetişən idmançılarımız  ən yaxşılarını etdilər. Futbolçularımız milli komandalarımızın heyətinə dəvət alıblar”. Bu sözləri "Qəbələ" klubunun sabiq prezidenti Tale Heydərov "Emerging Europe” nəşrindəki yazısında bildirib.

Heydərov Azərbaycanda fəaliyyətə başlayacaq “Ronaldinyo Futbol Akademiyası” ilə bağlı fikirlərini də bildirib. O, akademiyanın qarşıdakı ilin əvvəllərində açılacağını bildirib: ““Qəbələ” Futbol Akademiyasının uğurları əfsanəvi Ronaldinyonun Azərbaycanda ilk futbol akademiyasını açmaq üçün bizimlə əməkdaşlıq etməsində həlledici rol oynadı. Ronaldinyo Futbol Akademiyası unikaldır, orada bütün istedadlı gənc futbolçulara yüksək keyfiyyətdə məşq keçiləcək. Akademiyanın 2020-ci ilin əvvəlində açılacağını gözləyirik".

Xatırladaq ki, 2017-ci ilin martında məşhur braziliyalı futbolçu Ronaldinyo ilə “Qəbələ” İdman Klubu arasında müqavilə imzalanıb. Sözləşməyə əsasən, ulduz futbolçu “Qəbələ”nin dəstəyi ilə Bakıda Futbol Akademiyası açmalıdır.


Digər xəbərlər

0.31496596336365