“Qarabağ”ın zədəlisi “Düdelanj”a qarşı oynamayacaq

11:32 25-09-2019 | icon 3422
“Qarabağ”ın zədəlisi “Düdelanj”a qarşı oynamayacaq

Premyer Liqanın V turunda yekun vuran “Zirə”ylə səfər matçında zədələnən “Qarabağ”ın ispaniyalı legioneri Xayme Romero bu gün tibbi müayinədən keçib.

Təcrübəli sağ cinah yarımmüdafiəçisinin çiyin bağlarından biri qırılıb, digəri isə zədələnib.

 

Xaymenin 10-15 gün yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. Bu isə deməkdir ki, Romero nəinki qarşıdakı turlarda, Avropa Liqasının II turunda “Düdelanj”la oktyarın 3-də Lüksemburqdakı matçda da iştirak edə bilməyəcək. Futbolçu bu gün tibbi yoxlanış üçün Vətəninə yollanacaq.

Xatırladaq ki, “Qarabağ”da hazırda milli üzvləri - müdafiəçi Rahil Məmmədovla hücumçu Mahir Emreli də zədəlidi. 


Digər xəbərlər

0.26132297515869