Baş Nazir də başsağlığı verdi

14:50 27-09-2019 | icon 2634
Baş Nazir də başsağlığı verdi

Baş Nazir Novruz Məmmədov Fransanın keçmiş Prezidenti, görkəmli dövlət xadimi Jak Şirakın vəfatı ilə bağlı başsağlığı verib.

Baş Nazirin bununla bağlı “Twitter” səhifəsində etdiyi paylaşımda deyilir:

“Görkəmli siyasət və dövlət xadimi, 1995-2007-ci illərdə Fransanın 22-ci Prezidenti olmuş Jak Şirakın vəfatı məni çox kədərləndirdi.

 

Dövlətlərarası münasibətlərə xüsusi həssaslıq nümayiş etdirən Prezident Şirakın beynəlxalq aləmdə böyük nüfuzu vardı. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həlli üçün çox çalışdı.

Prezident Jak Şirakın xatirəsi uzun müddət yaddaşlarda qalacaqdır”.


Digər xəbərlər

0.26049089431763