“Onu atamla dostluğu başlayan dövrdən tanıyıram” - Foto  

14:51 27-09-2019 | icon 2746
“Onu atamla dostluğu başlayan dövrdən tanıyıram” - Foto
 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Fransanın ölkəmizdəki səfirliyinə gələrək, Fransanın sabiq Prezidenti Jak Şirakın vəfatı ilə əlaqədar başsağlığı veriblər.

Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qros İlham Əliyevi və Mehriban Əliyevanı qarşılayıb. Dövlət başçısı və birinci xanım Jak Şirakın vəfatı ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıblar.

 

İlham Əliyev səfirlə söhbətində bildirib ki, Şirak Azərbaycanın yaxın dostu olub: “Biz onu mənim atamla şəxsi dostluğu başlayan dövrdən tanıyırıq və onların birgə səyləri nəticəsində ölkələrimiz arasında çox yaxın tərəfdaşlıq münasibətləri qurulmuşdur. Biz onunla görüşlərimizi xatırlayırıq. Bildiyiniz kimi, mən ilk dəfə Prezident seçiləndə, xaricə etdiyim ilk rəsmi səfər Fransaya olmuşdur. O vaxt Prezident Şirak məni rəsmi səfərə dəvət edən ilk xarici dövlət başçısı olmuşdur və bu, bizim əməkdaşlığın çox yaxşı göstəricisi idi. O vaxtdan bəri ölkələrimiz arasında əməkdaşlıq uğurla inkişaf edir. Bu yaxınlarda sizinlə də görüşdə mən ölkənizin prezidentləri ilə görüşlərdən xatirələrimi bölüşdüm. Bir daha bizim başsağlığımızı qəbul etməyinizi xahiş edirəm”.

Səfir Zakari Qros Prezident və xanımının gəlişini yüksək qiymətləndirib: “Sizin də qeyd etdiyiniz kimi, Prezident Şirak Fransada və beynəlxalq arenada birləşdirici rol oynayaraq sülhü təşviq etmiş dövlət xadimi olmuşdur. Gəlişiniz bizi təsirləndirdi, Sizə minnətdaram”.

 






Digər xəbərlər

0.34211397171021