Leyla Əliyeva “Nəsimi” antreprizasının təqdimatında - Fotolar
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi, inklüziv teatr olan ƏSA Teatrının və sosial müəssisələrdə peşə kursu keçmiş istedadlı gənclərin birgə iştirakı ilə hazırlanan “Nəsimi” antreprizası təqdim olunub.
Tamaşa Prezident İlham Əliyevin Sərəncamına əsasən, böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu ilin “Nəsimi ili” elan edilməsi münasibətilə keçirilən Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalına həsr olunub.
Nizami Kino Mərkəzində nümayiş olunan antreprizanın təqdimatında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.
Tamaşanın təqdimatından əvvəl əlilliyi olan şəxslərin Nəsiminin həyat və yaradıcılığına həsr etdikləri, 30-a yaxın incəsənət nümunəsindən ibarət “Nəsimi” sərgisi nümayiş etdirilib.
Leyla Əliyeva sərgi ilə tanış olub, əl işlərinin müəllifləri ilə söhbət edib.
Sonra “Nəsimi” antreprizası nümayiş olunub.
-
“CineMastercard” kinoteatrında “Apatiya” filminin imza günü keçirilib - VİDEO
...
-
Mastercard və CinemaPlus strateji tərəfdaşlığı elan edir: “CineMastercard” təqdim olundu - VIDEO
...
-
Rejissor kreativliyi və ballet artistinin məharəti - VIDEO
...
-
Qətərdə Azərbaycan musiqiləri səsləndi - Fotolar
...
-
"21-ci möcüzə” filminin təqdimatı keçirilib
...
-
“Mehriban Əliyevanın dəstəyi olmasaydı, ən yaxşı halda bu gün əlil ola bilərdim”
...
-
Cavanşir Quliyev səhhətindən danışdı - Video
...
-
Türkiyə istehsalı “Lohusa” komediyası “CinemaPlus”da - VİDEO
...
-
Akademik Musiqili Teatrda “Aysedora” monotamaşasının premyerası olacaq
...
-
“Kurdlar Vadisi” ekranlara qayıdır...
...