Bakcell tələbələri karyera imkanları ilə tanış edib
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti BDU-nun tələbə və məzunları üçün təşkil edilmiş “Karyerada ilk addım” adlı aktiv məşğulluq tədbirində iştirak edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə BDU-nun tələbə və məzunları üçün “Karyerada ilk addım” adlı aktiv məşğulluq tədbirinin əsas məqsədi tələbə və məzunların əmək bazarına çıxışının dəstəklənməsi, onların işəgötürənlərlə ilkin əlaqələrinin qurulmasıdır.
Tədbir zamanı universitetin tələbə və məzunlarına Bakcell şirkətində mövcud olan vakansiya və təcrübə imkanları barədə məlumat verilib və potensial namizədlərlə müsahibələr keçirilib.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından olan Bakcell şirkəti gənclərin təhsilinin və karyerasının inkişafına dəstək göstərir. Şirkət mütəmadi olaraq müxtəlif təhsil müəssisələri, müvafiq dövlət strukturları və təşkilatlar tərəfindən təşkil olunan karyera sərgilərində fəal iştirak edir. Müsahibədən uğurla keçən gənclər ölkənin ən böyük şirkətlərindən birində iş və ya təcrübə imkanı qazanır.
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir
...
-
Azərbaycanda elektron siqaretlər qadağan oluna bilər
...
-
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
...
-
Neftimizin qiyməti 88 dollara düşdü
...
-
“Yelo Bank” birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
...
-
Neftimizin qiyməti 92 dollara düşdü
...
-
Azərbaycanın ticarət etdiyi ölkələrin - Siyahısı
...
-
COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək
...
-
Nar-dan xüsusi təklif - 10%-dək endirimlə smartfon!
...
-
Azərbaycanda orta aylıq əməkhaqqı 950 manata çatır
...