Əlillərlə SOCAR əməkdaşları arasındakı insident haqda maraqlı görüntülər yayıldı - Video
SOCAR əməkdaşları ilə əlillər arasında baş verən insident haqda Baku.tv maraqlı material hazırlayıb.
Həmin süjetdə qeyd olunur ki, bir neçə gün bundan əvvəl özlərini Qarabağ əlili kimi təqdim edən bir qrup şəxsin SOCAR əməkdaşlarına hücumu ilə bağlı müxtəlif təyinatlı xəbərlər yayıldı. Cəmiyyətin isə hadisəyə münasibəti birmənalı olmadı. Müxtəlif fikirlər söylənilsə də, əksəriyyət bu insidenti özünə Qarabağ qazisi deyən insanlara yaraşdırmadı.
Videomaterialda baş vermiş hadisənin qısa xülasəsi sadalanır. Bildirilir ki, insident SOCAR-ın Şirvan-Böyükşor neft kəməri ərazisində qanunsuz tikiliyə icazə verməməsi ilə başlayıb. Elə münaqişə də bundan sonra başlayıb. Qazi adından istifadə edən bu şəxslər həssas təbəqə olduqlarını əllərində bayraq edərək SOCAR əməkdaşlarına hücum ediblər.
“Görüntülərdən aydın olur ki, mühafizə və polis əməkdaşlarının həm özlərinə, həm də xidməti maşınlarına hücum etməklə yanaşı, dövlətə qarşı qanunsuz çağırışlar səsləndiriblər. Dövlət tərəfindən mütəmadi olaraq ev və avtomobillərlə, bir sözlə, hər cür şəraitlə təmin olunan əsl Qarabağ müharibəsi veteranlarının bu cür davranış sərgiləməsi nə dərəcədə inandırıcıdır?!
Yenə də görüntülərdən aydın olur ki, həmin şəxslər hadisə yerinə nömrəsiz avtomobillərə gəliblər, özlərinə xəsarət yetiriblər və kənar şəxslər tərəfindən idarə olunurlar.
Qeyd edək ki, hadisə nəticəsində SOCAR-ın altı əməkdaşı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yetişdirilib. Vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir”.
-
Heydər Əliyev Fondu - 20 il!
...
-
Sabah da yağış yağacaq
...
-
Sərhədçilər “Heydər zirvəsi”nə yürüş təşkil ediblər - VİDEO
...
-
Elçin Quliyev III Çarlzla bir arada - Fotolar
...
-
Professor İbrahim Cəfərovun “Bitki xəstəlikləri və onların idarə edilməsi” kitabı çap edilib - FOTO
...
-
DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil etdi
...
-
Yağış yağacaq - Faktiki hava açıqlandı
...
-
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib
...
-
Mədəniyyətlərarası dialoq uğurlu platformadır
...
-
Postmüharibə dövrünün reallıqları
...