“Futbolçular hər bir təxribata hazır olmalıdırlar” - Qurban Qurbanov+Video
“Əlbəttə ki, istəmərik belə hadisələr olsun. Amma, məncə, belə hadisələr bir çox futbolçuların böyüməsinə gətirib çıxarır. Onlar bunu başa düşürlər və hər bir təxribata hazır olmalıdırlar".
Bunu bu gün Lüksemburqdan qayıdan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. O, "Düdelanj"la oyun zamanı qondarma "Dağlıq Qarabağ" "bayrağı"nın dronla meydançaya endirilməsinin oyuna hər hansı mənfi təsirinin olmadığını bildirib:
"Ola bilər, belə hallar bizə hansısa oyunda mənfi təsir etsin, amma düşünürəm ki, bunun da gələcəkdə faydası olacaq. Əksinə, belə hallarda biz özümüzü soyuqqanlı aparmalıyıq. Lazım olan fikirlərimizi bildirdik. Burada çox şeyi demək, açıqlamaq olmur. Dünən bizim, həqiqətən, bütün kollektiv çox hərəkətli idi. Sadəcə görüntülərimiz azdır. Hamımız bir yerdə idik. Məncə, orada bizim birliyimizi gördülər və düşünürəm ki, futbolçularım da daha peşəkar və inamlı oldular”.
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...
-
Mariya Stadnik tarix yazdı
...
-
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib - FOTO
...
-
Sabiq icra başçısının oğluna yüksək vəzifə verildi
...