Baş Nazir müəllimləri təbrik etdi
Azərbaycanın Baş Naziri Novruz Məmmədov 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edib.
Baş Nazirin təbrikində deyilir:
“Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb.
Son illərdə təhsilin inkişafı ilə bağlı ölkəmizdə kompleks tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təhsil işçilərinin maddi vəziyyəti, rifah halının yaxşılaşdırılması istiqamətində görülən tədbirləri dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edib. Ölkəmizdə hər il sayı artmaqda olan müasir məktəblər, yeni təhsil kompleksləri şagirdlərin təhsil şəraitini tamamilə dəyişir, tədrisin səviyyəsini yüksəldir. Təhsil işçilərinə hərtərəfli qayğı Azərbaycan dövlətinin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir.
Müəllimlik şərəfli və məsuliyyətli işdir, çünki gələcək nəsillərin böyüməsində və tərbiyə olunmasında həlledici rol oynayır.
Əziz müəllimlər, bayramınızı təbrik edir, respublikamızın intellektual potensialının gücləndirilməsi, gələcək nəslin inkişafı yolunda göstərdiyiniz fədakar işlərinizdə uğurlar arzulayıram.”
-
Yeni rektorlar kimlərdir?
...
-
Nazir yeni tədris ili ilə bağlı əmr imzaladı
...
-
Bakıdakı təhsil işçilərinin sentyabr konfransı keçirilir
...
-
Boş qalan yerlərə ixtisas seçimi başlayır
...
-
Ağdam rayon 38 nömrəli tam orta məktəbin 22 məzunu tələbə adını qazanıb
...
-
Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə aparılan müsabiqənin nəticələri açıqlanıb
...
-
12 müəllim Şuşa və Füzulidə işləyəcək
...
-
Yeni tədris ilində Şuşa, Laçın və Füzulidə dörd məktəb açılacaq - SİYAHI
...
-
“Azərbaycan Texnologiya Universiteti: uğurlar və hədəflər” - Fotolar
...
-
Müəllimlərin XVI qurultayı keçiriləcək
...